"Liverpul" finalda: İngiltərə kuboku

22:08 16.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 16-da futbol üzrə İngiltərə Kubokunda ilk finalçı bəlli olub.

Hafta.az xəbər verir ki, "Liverpul" yarımfinalda "Mançester Siti" ilə üz-üzə gəlib.

"Uembli" stadionundakı qarşılaşma Mersisayd təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Liverpul"un qollarını 9-cu dəqiqədə İbrahima Konate, 17-ci və 45-ci dəqiqədə Sadio Mane vurub. "Şəhərlilər"də 47-ci dəqiqədə Cek Qriliş, 90+1-ci dəqiqədə Bernardu Silva fərqlənib.

Qeyd edək ki, digər yarımfinal oyunu aprelin 17-də olacaq. "Çelsi" "Kristal Pelas"la görüşəcək.